Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun heyətində yoxlama görüşünə çıxıb. Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun heyətində yoxlama görüşünə çıxıb.

Azərbaycanlı futbolçu "Trabzonspor"a qələbə qazandırdı - Video

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun heyətində yoxlama görüşünə çıxıb.

AzNews.az-ın məlumatına görə, 22 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən Xorvatiyanın "Lokomotiva" (Zaqreb) komandası ilə yoxlama matçında iştirak edib.

Oyuna 67-ci dəqiqədə daxil olan Şeydayev bundan 5 dəqiqə sonra rəqib qapısına yol tapıb.

O, rəqib qapıçının uzaqlaşdırmaq istədiyi topu ələ keçirərək, tora göndərib.

Şeydayevin qolu oyunda həlledici olub. Belə ki, məhz futbolçumuzun vurduğu qol oyunun yekun hesabını müəyyən edib. Matç "Trabzonspor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüntünü sizə təqdim edirik: