Türkiyənin "Bursaspor" klubunun futbolçusu Con Delarj "Qarabağ"a transfer olub. Türkiyənin "Bursaspor" klubunun futbolçusu Con Delarj "Qarabağ"a transfer olub.

Qarabağ "timsahlardan" oyunçu transfer elədi

Türkiyənin "Bursaspor" klubunun futbolçusu Con Delarj "Qarabağ"a transfer olub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "timsahlar"a 200 min avro transfer haqqı ödəyib.

28 yaşlı hücumçunun imzalayacağı müqavilənin müddəti və əmək haqqı açıqlanmır. Delarj son zamanlar "Bursaspor"da oyunundan çox şəxsi həyatı ilə gündəmdə olub.

Konqolu forvard 2017-ci ildən çıxış etdiyi komandada 15 oyuna 4 qol vurub.

Con Delarj Kamerunun "Union Duala", Slovakiyanın "Dunayska Streda", Çexiyanın "Slovan" (Liberets), Avstriyanın "Admira" (Vakker) və icarə əsasında Türkiyənin "Osmanlıspor" klublarında da forma geyinib.