Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxır.Berti Foqtsun rəhbərlik etdiyi yığmamız doğma divarlar arasında Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxır.Berti Foqtsun rəhbərlik etdiyi yığmamız doğma divarlar arasında Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycan - Portuqaliya qarşılaşması bu gün olacaq

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxır.Berti Foqtsun rəhbərlik etdiyi yığmamız doğma divarlar arasında Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.


Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki altıncı oyunudu. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmış, ardından səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olmuşdu. 2012-ci ilə təsadüf edən son rəsmi görüşdə isə Şimali İrlandiya ilə səfər heç-heçəsinə (1:1) nail olmuşduq. Elə 2013-cü ildəki ilk rəsmi oyunumuzda – Lüksemburqla səfər oyununda da heç-heçə (0:0) qeydə alındı. Göründüyü kimi, yığmamız bu oyunda ilk qələbəsini rəsmiləşdirə bilərdi. Bu, nə qədər müşkül görünsə də, hər halda mümkünsüz də sayılmamalıdı. Potuqaliya ilə hətta heç-heçə də edə bilsək, bu, bir uğur sayıla bilər.

DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
26 mart

21:00.
Hakimlər: Andre Marriner, Simon Peter Bennett, Stüart Burt, Entoni Teylor (hamısı İngiltərə).

AzNews.az