09:01
(077) 610-22-33

Basketbolçu topu təyyarədən səbətə atdı - Video

  • >
207 9 Avqust 13:27 | İdman

ABŞ-ın "Harlem Qlobtrotters" basketbol komandasının üzvü Bull Bullard topu səbətə birbaşa təyyarədən atıb.

Bu barədə "Report" "Zvezda TV"yə istindən xəbər verir.

Yayılmış videoda basketbolçunun ikiyerlik monoplanda pilotun arxasında əyləşdiyi görünür. Təyyarə havaya qalxıb şəhər üzərində dövrə vurduqdan sonra səbətə tərəf yaxınlaşır və təxminən, 110 km/saat sürətlə hərəkət edərkən Bullar sərrast atışla topu eniş zolağında quraşdırılmış səbətə atır.

Qeyd edək ki, "Harlem Qlobtrotters" komandası öz qeyri-adi tryukları ilə məşhurdur. Komandanın oyunçuları topu səbətə "Meddison Skver Qarden"in ən yüksək nöqtəsindən, "Alkatras" həbsxanasından və hətta ABŞ-ın ən yüksək dağlarından atıblar.

AzNews.az

Bağla X