Braziliya milli komandasının sabiq futbolçusu Ronaldo xəstəxanadan evə buraxılıb. Braziliya milli komandasının sabiq futbolçusu Ronaldo xəstəxanadan evə buraxılıb.

Ronaldo xəstəxanadan çıxdı

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldo xəstəxanadan evə buraxılıb.

"Report" EFE agentliyinə istinadən xəbər verir ki, 42 yaşlı keçmiş hücumçu İspaniyanın İbiza şəhərindəki klinikadan ayrılıb. Ronaldo onu gözləyən jurnalistlərdən qaçmaq üçün xəstəxananı arxa qapıdan tərk edib.

Qeyd edək ki, pnevmoniya diaqnozu qoyulan Ronaldo müalicə olunması üçün avqustun 10-da xəstəxanaya yerləşdirilib.

AzNews.az