Qarşıdakı 3 mövsüm ərzində İspaniya La Liqasının bütün 1140 oyunu "Facebook" sosial şəbəkəsində yayımlanacaq. Qarşıdakı 3 mövsüm ərzində İspaniya La Liqasının bütün 1140 oyunu "Facebook" sosial şəbəkəsində yayımlanacaq.

Futbol həvəskarlarına şad xəbər - “Facebook”da...

Qarşıdakı 3 mövsüm ərzində İspaniya La Liqasının bütün 1140 oyunu "Facebook" sosial şəbəkəsində yayımlanacaq.

"Report" "Football Espana"ya istinadən xəbər verir ki, bu barədə çempionatın rəqəmsal strategiyasının rəhbəri Alfredo Bermexo məlumat verib. O bildirib ki, çempionatın bütün oyunlarına Hindistan, Pakistan, Əfqanıstan, Banqladeş, Butan, Nepal, Şri-Lanka və Maldiv adalarında baxmaq mümkün olacaq.

A.Bermexo Hindistan subqitəsində oyunların yayımlanmasından xoşbəxt olduqlarını vurğulayıb: "Son iki il ərzində hədəflərimizdən biri La Liqanı ən geniş auditoriyaya təqdim etməkdir. Buna görə də Hindistanda 270 milyon istifadəçisi olan "Facebook" kimi ödənişsiz platformalarla əməkdaşlıq bizim üçün vacibdir".

Qeyd edək ki, İspaniya La Liqası avqustun 17-də start götürəcək.

AzNews.az