Misirli futbol azarkeşləri 2012-ci il sentyabrın 1-dən sonra ilk dəfə matçlara stadionlarda baxa biləcəklər. Misirli futbol azarkeşləri 2012-ci il sentyabrın 1-dən sonra ilk dəfə matçlara stadionlarda baxa biləcəklər.

Misirdə futbol azarkeşləri üçün buna icazə verilib - 6 il sonra

Misirli futbol azarkeşləri 2012-ci il sentyabrın 1-dən sonra ilk dəfə matçlara stadionlarda baxa biləcəklər.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən Misirin gənclər və idman naziri Əşrəf Sobhi bu qərarın ölkənin Nazirlər Sovetinin təsdiqindən sonra qəbul edildiyini deyib. Nazir bildirib ki, misirli azarkeşlərin tribunalara qayıtması məsələsi ölkənin Futbol Assosiasiyası və klubların təmsilçiləri ilə də razılaşdırılıb.

İlk mərhələdə stadionlara beş minə qədər adam buraxılacaq. Ə.Sobhi azarkeşlərin stadionlara buraxılmasını dəstəklədikləri üçün Müdafiə və Daxili İşlər nazirliklərinə təşəkkürünü bildirib.

Qeyd etmək lazımdır ki, 2012-ci ilin fevralında Port-Səid şəhərindəki stadionda faciəli insidentdən sonra Misirdə stadionlara giriş qadağan olunub. Həmin vaxt ev sahibi “Əl-Məsri” və Qahirənin “Əl-Əhli” klubları arasında keçirilən matç zamanı tribunalarda baş vermiş kütləvi dava və basabas nəticəsində 70 azarkeş həlak olmuşdu.

AzNews.az