İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Argentina millisindəki karyerasını dondurub. İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Argentina millisindəki karyerasını dondurub.

Messi millidəki karyerasını dondurub

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Argentina millisindəki karyerasını dondurub.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə “TNT Sports”un jurnalisti Ernan Kastilyo şəxsi “Twitter” hesabında yazıb. O, 31 yaşlı hücumçunun bu mövsüm yığmada çıxış etməyəcəyini bildirib: “Messi millidəki karyerasını başa vurmayıb. Amma hələlik dəvət almayacaq. Onun nə zaman dönəcəyini sonra biləcəyik”.

Qeyd edək ki, Argentina millisi müvvəqəti olaraq Lionel Skaloniyə həvalə edilib. Komandanın sentyabrın 7-də Qvatemala və sentyabrın 11-də Kolumbiya ilə yoldaşlıq oyunları nəzərdə tutulub.

AzNews.az