Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası 2019 CEV Avropa Çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb. Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası 2019 CEV Avropa Çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.

Millimiz İsveçi məğlub etdi - Möhtəşəm qələbə

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası 2019 CEV Avropa Çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.

AzNews.az xəbər verir ki, G qrupunda mübarizə aparan yığma İsveçlə üz-üzə gəlib.

Qarşılaşma Dərnəgül Voleybol Mərkəzində baş tutub.

Görüş Azərbaycan millisi 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb (23:25,19:25, 26:24, 25:22, 15:10).

Oyun bizim üçün yaxşı başlamayıb. Yığmamız İlk 2 seti uduzsa da, son da gülən tərəf azərbaycanlı oğlanlar olub..

Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu avqustun 18-i səfərdə Lüksemburqa qarşı keçirəcək.