Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun İtaliyanın “Yuventus” komandasında rəsmi matçda debüt edəcəyi tarix açıqlanıb. Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun İtaliyanın “Yuventus” komandasında rəsmi matçda debüt edəcəyi tarix açıqlanıb.

Ronaldo “Yuventus”da ilk oyununa çıxır - Bu gün

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun İtaliyanın “Yuventus” komandasında rəsmi matçda debüt edəcəyi tarix açıqlanıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Massimilano Allegri 33 yaşlı hücumçunun bu gün A seriyasının I turu çərçivəsində “Kyevo” ilə səfər oyununda meydana çıxacağını söyləyib.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Ronaldo yay fasiləsində İspaniyanın “Real Madrid” klubundan “Yuventus”a keçib.

AzNews.az