Azərbaycan Premyer Liqasının sonuncu qalibi "Qarabağ" milli çempionatda yeni mövsümə qələbə ilə başlayıb. Azərbaycan Premyer Liqasının sonuncu qalibi "Qarabağ" milli çempionatda yeni mövsümə qələbə ilə başlayıb.

“Qarabağ” çempionata qələbə ilə başladı

Azərbaycan Premyer Liqasının sonuncu qalibi "Qarabağ" milli çempionatda yeni mövsümə qələbə ilə başlayıb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, Ağdam klubu II turun açılış oyununda "Səbail"i məğlub edib - 2:0. Səfərdə baş tutan oyunda komandaya qələbə qazadıran qollara 27 və 86-cı dəqiqələrdə Mahir Mədətov imza atıb.

Qeyd edək, "Qarabağ" avqustun 10-da I tur çərçivəsində "Zirə"ni qəbul etməli idi. Lakin həmin görüş Ağdam komandasının Çempionlar Liqasında Belarus BATE-si ilə oyunlarına görə sentyabrın 26-a təxirə salınıb. Bununla belə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "köhlən atlar" Avropa Liqasının pley-offunda Moldovanın "Şerif" kollektivi ilə qarşılaşacaq.

AzNews.az