Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirinə qələbə ilə başlayıb. Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirinə qələbə ilə başlayıb.

Şəhriyardan daha bir möhtəşəm qələbə

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirinə qələbə ilə başlayıb.

AzNews.az-ın məlumatına görə, ağ fiqurlarla çıxış edən şahmatçımız Amerikalı beynəlxalq qrossmeyster Uesli Sonu məğlub edib.

İkinci turda Azərbaycanlı şahmatçının rəqibi Rusiyalı beynəlxalq qrossmeyster Aleksandr Qrişukla qarşılaşacaq.

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.