"Bakıda keçirilən bədii gimnastika üzrə "GymBala" adlı beynəlxalq turnirdə qazandığım qələbəni məşqçimə həsr etmək istəyirəm". "Bakıda keçirilən bədii gimnastika üzrə "GymBala" adlı beynəlxalq turnirdə qazandığım qələbəni məşqçimə həsr etmək istəyirəm".

"Həmişə birinci yeri tutmağa çalışacağam" - 7 yaşlı 3 qat çempion

"Bakıda keçirilən bədii gimnastika üzrə "GymBala" adlı beynəlxalq turnirdə qazandığım qələbəni məşqçimə həsr etmək istəyirəm".

AzNews.az xəbər verir ki, bunu Trend-ə turnirdə 2011-ci il təvəllüdlü gimnastlar arasında sərbəst, halqa ilə hərəkətlər və çovnövçülük yarışında qalib olan "Ocaq Sport" klubunun nümayəndəsi Azadə Atakişiyeva deyib.

O, Milli Gimnastika Arenasında ilk dəfə çıxış etdiyini bildirib: "Bura çox xoşuma gəldi. Doğmalarım da məni dəstəkləməyə gəlmişdilər. Biləndə ki, onlar yanımdadırlar, mənə çıxış etmək asan olur, hərçənd heç həyəcanlanmadım".

A.Atakişiyeva turnirdə 3 qızıl medal qazandığına görə çox sevindiyini bildirib: "Öz çıxışımdan çox razıyam. Daha çox məşq edəcəyəm ki, həmişə birinci yeri tutum".