İspaniyanın “Real Madrid” klubunun Kriştianu Ronaldonun iştirakı olmadan keçirdiyi ilk rəsmi ev oyununda azarkeş sayında antirekord qeydə alınıb. İspaniyanın “Real Madrid” klubunun Kriştianu Ronaldonun iştirakı olmadan keçirdiyi ilk rəsmi ev oyununda azarkeş sayında antirekord qeydə alınıb.

Ronaldosuz “Real Madrid”ə ilk zərbə

İspaniyanın “Real Madrid” klubunun Kriştianu Ronaldonun iştirakı olmadan keçirdiyi ilk rəsmi ev oyununda azarkeş sayında antirekord qeydə alınıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, La Liqanın I turunda “kral klubu”nun “Xetafe”ni 2 cavabsız qolla məğlub etdiyi görüşü 48466 nəfər tribunadan izləyib. Bu isə son 10 mövsümün ən aşağı göstəricisidir.

Sonuncu dəfə bu cür aşağı göstərici 2009-cu ilin mayında qeydə alınıb. “Real Marid”in “Santyaqo Bernabeu”da “Malyorka”ya 1:3 hesabı ilə uduzduğu matça 45 min azarkeş gəlib.

Qeyd edək ki, “Santyaqo Bernabeu”nun tutumu 81044 nəfərlikdir. 2009-cu ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid”ə keçən Kriştianu Ronaldo ötən ay İtaliya təmsilçisi “Yuventus”a transfer olunub.

AzNews.az