Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb. Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb.

Azarkeşlərin nəzərinə - Bu 2 oyunun vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb.

AzNews.az PFL-ə istinadən xəbər verir ki, mərkəzi oyun sayılan "Qarabağ" - "Neftçi" matçının vaxtı dəyişdirilib. Buna Ağdam təmslçisinin PFL-ə müraciəti səbəb olub. "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"i ilə keçirəcəyi oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə çempionat qarşılaşmasının vaxtının dəyişdirilməsini xahiş edib. Komandanın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL “Qarabağ” – “Neftçi” matçının 25 avqustdan 26 avqusta keçirilməsinə qərar verib.

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik gerçəkləşib. Sözügedən oyun 26 avqustdan 25 avqusta keçirilib.

25 avqust (şənbə)

18:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Sabah”

“AZAL Arena”

26 avqust (bazar)

18:00. “Keşlə” – “Səbail”

“ASK Arena”

20:30. “Qarabağ” – “Neftçi”

“Azersun Arena”