Portuqaliyanın "Sportinq" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında 3000 nəfərlik sektora bilet satmaqdan məhrum edilib. Portuqaliyanın "Sportinq" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında 3000 nəfərlik sektora bilet satmaqdan məhrum edilib.

“Qarabağ”ın rəqibi üçün pis xəbər

Portuqaliyanın "Sportinq" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında 3000 nəfərlik sektora bilet satmaqdan məhrum edilib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə qərarı UEFA İntizam Komitəsi qəbul edib. Səbəb kimi aprelin 12-də İspaniya "Atletiko"su ilə Avroliqanın 1/4 final oyunu zamanı "Joze Alvalade" stadionunun tribunalarındakı azarkeşlərin hakimlərə yad əşyalar atması göstərilib. UEFA-nın qərarına əsasən, "Qarabağ"la oyun zamanı stadionun Mərkəzi Qərb hissəsindəki A1 - A7 və B1 - B3 sektorlarına keçmək mümkün olmayacaq.

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

AzNews.az