Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir. Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir.

120 üzgüçü medal uğrunda yarışır

Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışa 20 idman cəmiyyət və klublarını təmsil edən 120-dən çox idmançı qatılıb.

Azərbaycan üzgüçüləri ilə yanaşı, çempionatda İran İslam Respublikasının idmançıları da iştirak edirlər.

Yarışda ilk dəfə olaraq 14 yaşlı Azərbaycan idmançısı yığma komandanın üzvü Ramil Vəlizadə idman ustası normativini yerinə yetirib.

AzNews.az