“Beşiktaş”ın ispan oyunçusu Alvaro Neqredo transfer sözləşməsi üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb. “Beşiktaş”ın ispan oyunçusu Alvaro Neqredo transfer sözləşməsi üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb.

Neqredo “Beşiktaş”dan ayrılır

“Beşiktaş”ın ispan oyunçusu Alvaro Neqredo transfer sözləşməsi üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu hava limanında media nümayəndələri ilə söhbət edib. O, tərəfdarlarına təşəkkür edərək, klubdan ayrılmaq üzrə olduğunu deyib:

“Beşiktaş”ı sevirəm, amma futbolda bəzən vəziyyət qarışır. İstanbulda çox xoşbəxt idim, amma futbolda bir gün burda, başqa gün digər yerdə ola bilirsən”.

Neqredo baş məşqçi Şenol Günəşlə hər hansı probleminin olmadığını deyib: “Şenol Günəş yaxşı insandır, yaxşı məşqçidir. Yaşadığım problem maaşımla bağlıdır. Bu da mənə və kluba problemlər yaradır”.

Xatırladaq ki, Neqredo klubla iki mövsüm üçün 4 milyon 350 min avroluq müqavilə imzalayıb. Futbolçunun yüksək maaşla transferi məsələsi isə müzakirə mövzusu olmuşdu.

AzNews.az