2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlardan biri olan “International Challenge” kateqoriyalı beynəlxalq badminton turniri Bakıda keçiriləcək. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlardan biri olan “International Challenge” kateqoriyalı beynəlxalq badminton turniri Bakıda keçiriləcək.

Azərbaycanda badminton üzrə ilk böyük turnir

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlardan biri olan “International Challenge” kateqoriyalı beynəlxalq badminton turniri Bakıda keçiriləcək.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, “Azerbaijan International 2019” iyunun 6-dan 9-dək Bakı İdman Sarayında keçiriləcək.

Beş kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi nüfuzlu yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır.

Qeyd edək ki, bu, Azərbaycanda keçiriləcək ilk böyük badminton turniridir. Doğrudur, badminton üç il əvvəl ölkəmizin təşkilatçılığı ilə reallaşan I Avropa Oyunlarının proqramına daxil idi. Amma o vaxt otuz idman növündən biri olub.

AzNews.az