“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda Portiqaliyanın “Sportinq” klubuyla oyun öncəsi bu gün mətbuat konfransı keçirib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda Portiqaliyanın “Sportinq” klubuyla oyun öncəsi bu gün mətbuat konfransı keçirib.

Qurbanov “Sportinq”in səhvindən danışdı: “Ümid edirəm ki, bu, yalnız...”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda Portiqaliyanın “Sportinq” klubuyla oyun öncəsi bu gün mətbuat konfransı keçirib.

AzNews.az Sport24.az-a istinadən xəbər verir ki, jurnalistlər qarşısına xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə birgə çıxan təcrübəli mütəxəssis əvvəlcə sabahkı matç haqda fikirlərini bildirib:

“Bizi ciddi rəqiblə matç gözləyir. Böyük təcrübəyə malikdirlər. Bir az problemlərimiz olsa da, hər bir halda oyuna pis hazırlaşmamışıq. Rəqibi öyrənmişik. Düşünürəm ki, maraqlı qarşılaşma olacaq”.

- Sabahkı matçdan gözləntiləriniz nədir? Rəqibin hansı güclü tərəflərini qeyd edərdiniz?

Q.Q: Gözləntilər deyəndə, bugünkü gündə üstünlük “Sportinq” tərəfdədir. Çünki öz meydanlarında oynayır və evdə aqresssiv, aktiv çıxış edirlər. Çox qol vurmağı xoşlayırlar. Bilirik ki, bizə ağır olacaq. Ancaq rəqibi yaxşı tanımışıq və fikrimcə, futbolçular meydanda ən yaxşı tərəflərini göstərəcəklər.

F.O: “Sportinq” yaxşı heyətə malik yaxşı komandadı. Baş məşqçimiz rəqibin güclü tərəflərini deyib. Düşünürəm ki, onun dediklərini matçda etsək, yaxşı nəticə qazanacağıq.

- Bizi əsas narahat edən Rəşad Sadıqovla Miçel Maderanın oynayıb-oynamayacağıdır. Son vəziyyətləri necədir?

- Rəşadla bağlı qərar verildi. O, meydanda olmayacaq. Ancaq Miçellə bağlı qərar vermək üçün hələ sabahadək vaxtımız var.

- Rəqibin komandanız haqda məlumata malik olmamağı bizə üstünlük verə bilər?

Q.Q.: Düşünmürəm ki, məlumatlı deyillər. Bəlkə də “Qarabağ”ın adıyla bağlı yanlışlıqlar oldu, bəzən Ukrayna təmsilçisi kimi təqdim olundu. Ancaq əlbəttə, belə hallar olmamalıdı. Hər bir klub bilməlidir ki, hansı ölkənin hansı klubuna qarşı oynayır. Baş məşqçilərinin açıqlamalarından görünür ki, bizim oyun üslubu, heyətlə bağlı yaxşı məlumatlıdırlar. Böyük klublar bunu asanlıqla həyata keçirirlər. Onların informasiya toplayan işçiləri çoxdur. Onların açıqlamalarından başa düşürəm ki, bizi yaxşı analiz ediblər.

- Siz eyni zamanda milli komandanın baş məşqçisiniz. Bunlara necə vaxt tapırsınız? “Sportinq”i analiz etmək üçün kifayət qədər vaxtınız olub?

- Bəli, çətindi. Mənə bu sual dəfələrlə verilib. Ancaq borcumdur ki, hər iki yerdə böyük məsuliyyətlə çalışım. Nə qədər vaxt azlığı olsa da, rəqib haqda informaisya toplamaq və futbolçularımla bölüşmək üçün maksimal çalışıram. İşimi böyük həvəslə görürəm.

- Rəqibinizin əsas hücumçusu Bas Dots zədəlidir. Buna görə rahat yatacaqsınız?

- Əfsuslar olsun ki, “Sportinq”də yaxşı futbolçular çoxdur. Ancaq meydan sahiblərində belə ucaboylu hücumçunun olmamağı müdafiəçilərin bir qədər rahat olmasına gətirib çıxara bilər.

- Bəllidir ki, Simeon Slavçev “Qarabağ”a “Sportinq”dən gəlib. Onunla rəqib haqda söhbətiniz olubmu?

- Çox istərdim ki, Slavçev bu oyunda iştirak etsin. Ancaq əfsuslar olsun ki, zədəli olduğuna görə xidmətindən yararlana bilməyəcəm. Nadir hallarda futbolçulardan informasiya əldə edirəm. Slavçevdən informasiya almağa zərurət duymadım.

- “Qarabağ” qrupda 5-ci dəfə oynasa da, onu qeyri-peşəkarlıqla Ukrayna klubu kimi təqdim ediblər. Sizə elə gəlmir ki, bu, səhv yox, təxribatdı?

- İnanmaq istəmirəm ki, təxribat olsun. Böyük klublarda texniki səhv ola bilər. Portuqaliya ilk dəfə Azərbaycan klubuyla qarşılaşır. Ümid edirəm ki, bu, yalnız texniki səhvdir.

- Filip, səni “Qarabağ”da adətən Riçard Almeydayla müqayisə edirlər. Belə müqayisə səni sıxmır? Sabah ən yaxşı oyununu görə bilərikmi?

- F.O: Riçard yaxşı futbolçudu, onun oyununu çox sevirəm. Ancaq oyun üslublarımız fərqlidi. Məşqlərdə tam gücümlə çalışıram. Ümid edirəm ki, sabah yaxşı oyunumla komandama kömək edə bilərəm.

AzNews.az