Məhkəmə işi tamamlana qədər futbolçu yaşıl meydanlardan kənarda qalacaq Məhkəmə işi tamamlana qədər futbolçu yaşıl meydanlardan kənarda qalacaq

Araz Abdullayevə futbol qadağası

Məhkəmə işi tamamlana qədər futbolçu yaşıl meydanlardan kənarda qalacaq



Futbol üzrə Azərbaycanın U-21 yığmasının və "Neftçi"nin yarımmüdafiəçisi xeyli müddət yaşıl meydanlardan kənarda qalacaq. Azerisport.az xəbər verir ki, bir neçə gün öncə idarə etdiyi avtomobillə iki qadını vuran futbolçu buna görə açılan məhkəmə işi tamamlana qədər futbol oynamayacaq.

Bu haqda "Neftçi" klubunun rəhbərliyi qərar qəbul edib. Klubunda oynamayacağı halda, təbii ki, Abdullayev gənclərdən ibarət yığmaya da dəvət ala bilməyəcək.

AzNews.az