"Cüdo idman növü üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi bir tarixdir. Bu, bir daha dünyaya sübut edir ki, Azərbaycan idman ölkəsidir. Cənab Prezident İlham Əliyevin sayəsində ölkəmizdə belə mötəbər yarışlar keçirilir". "Cüdo idman növü üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi bir tarixdir. Bu, bir daha dünyaya sübut edir ki, Azərbaycan idman ölkəsidir. Cənab Prezident İlham Əliyevin sayəsində ölkəmizdə belə mötəbər yarışlar keçirilir".

“Bu, bir tarixdir” - Elnur Məmmədli

"Cüdo idman növü üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi bir tarixdir. Bu, bir daha dünyaya sübut edir ki, Azərbaycan idman ölkəsidir. Cənab Prezident İlham Əliyevin sayəsində ölkəmizdə belə mötəbər yarışlar keçirilir".

AzNews.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Bakıda keçirilən cüdo üzrə dünya çempionatı barədə danışarkən deyib.

Sabiq olimpiya çempionu yarışın çox yaxşı keçdiyini vurğulayıb: "Bu gün medal qazana bilməsək də, medala çox yaxın idik. Bildiyiniz kimi, Kəramət Hüseynov bürünc medal uğrunda görüşdə məğlub oldu. O, mənim bacım oğludur. Hələ ki, gəncdir. Fiziki gücü çatmadı. Bəlkə də, özünə inamı az idi. Bir az həyəcanlandı. Bu proseslər olmalıdır. Çünki o, ilk dəfədir ki, böyüklər arasında dünya çempionatında iştirak edir. Kəramət bu səhvlərin üzərində çalışacaq və inanıram ki, 2020-ci il Yay Olimpiya Oyunlarına hazır olacaq. Orxan Səfərov da çox güclü idmançıdır. Sadəcə, onun zədələri var idi. Bu da ona problem yaşadıb".

E.Məmmədli bütün idmançılara öz tövsiyələrini verdiklərini bildirib: "Yarışda idmançılarımızdan medallar gözləyirəm. Onlara uğurlar arzulayıram".

AzNews.az