- Köhnə - İdman
- 21 Sentyabr 2018 09:48
- 4 192
"Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik" - Qurban Qurbanov
İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik. AzNews.az trend-ə istinadən xəbər verir ki, bunu Avropa Liqası çərçivəsində ötən gün Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşmadan sonra (2:0) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Q.Qurbanov rəqibi qələbə münasibətilə təbrik edib: "Öz oyunumuza gəlincə, narazı qaldığım məqam yoxdur. Futbolçularım pis təsir bağışlamadılar, hər şey düşündüyümüz kimi gedirdi. Sadəcə, iki kobud səhv etdik və qollar buraxdıq".
Baş məşqçi futbolçularından razı olduğunu da bildirib: "İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik".
AzNews.az