- Köhnə - İdman
- 21 Sentyabr 2018 19:43
- 4 174
“Yuventus”da ciddi itki
İtaliyanın "Yuventus" klubunun futbolçusu Duqlas Kosta bir ay yaşıl meydanlardan uzaq qalacaq.
"Report" "Calciomercato"ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi İtaliya klubunun Çempionlar Liqasının I turunda səfərdə İspaniya "Valensiya"sını 2:0 hesabı ilə məğlub etdiyi oyunda ombasından və ayaq biləyindən xəsarət alıb.
Braziliyalı oyunçu sözügedən matçın 66-cı dəqiqəsində Miralem Pyaniçin əvəzinə meydana daxil olsa da, oyunun sonlarında zədələnib və yerini Daniel Ruqaniyə buraxıb.
Qeyd edək ki, Duqlas Kosta İtaliya A Seriyasının IV turunda evdə "Sassuolo"nu 2:1 hesabı ilə məğlub etdikləri matçda rəqib futbolçu Federiko Di Françeskonun üzünə tüpürdüyünə görə 4 oyunluq cəzalandırılıb.
AzNews.az