Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü tura yekun vurulub. Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü tura yekun vurulub.

“Qarabağ”ın gəncləri liderliyi əldən verdilər

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü tura yekun vurulub.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son oyun günündə üç görüş keçirilib.

Bu tur liderlərdən biri olan “Qarabağ-2”nin xal itkisi ilə yadda qalıb. MOİK və “Sumqayıt-2” isə 4-cü qələbələrini də qazanaraq şərikli liderliklərini davam etdiriblər.

Sonuncu pillədəki “Zirə-2” yenə xala həsrət qalsa da, “Kəpəz” ilk xalını qazanıb.

21 sentyabr

“Keşlə-2” - “Səbail-2” - 1:2

Qollar: Nurlan Quliyev, 2 - Orxan Qurbanlı, 16; Nurlan Rzazadə, 61.

MOİK - “Zirə-2” - 1:0

Qol: Orxan Həsənov, 39-pen.

“Qarabağ-2” - “Şüvəlan” - 1:1

Qollar: Rövlan Muradov, 49 - Qara Qarayev, 16.

20 sentyabr

“Ağsu” - “Sumqayıt-2” - 0:3

Qollar: Məhəmməd Alıyev, 21. Fərid Kərimzadə, 86. Əli Əliyev, 90+3.

“Neftçi-2” - “Turan Tovuz” 1:0

Qol: Mirkamil Əliyev, 45.

“Zaqatala” - “Kəpəz” - 0:0

“Qaradağ Lökbatan” - “Sabah-2” - 0:0

AzNews.az