- Köhnə - İdman
- 22 Sentyabr 2018 23:23
- 4 926
İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub
Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub. İlham Zəkiyevin layiq görüldüyü yeddinci dan qara kəməri ona Bakıda keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Varta təqdim edib.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev ikiqat paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibidir. (modern.az)
AzNews.az