İtaliyanın Siyene şəhərində Polo üzrə Avropa Çempionatı davam edir. İtaliyanın Siyene şəhərində Polo üzrə Avropa Çempionatı davam edir.

Azərbaycan millisindən növbəti qələbə

İtaliyanın Siyene şəhərində Polo üzrə Avropa Çempionatı davam edir.

ARAF-dan AZƏRTAC-a verilən məlumata görə, yarışın 2-ci turunda Fransa komandası ilə qarşılaşan Azərbaycan milli yığması növbəti inamlı qələbəsini qazanıb. Milli yığmamızın üzvləri qələbə qazanmaq üçün güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini 8:4 hesabı ilə darmadağın ediblər.

İkiqat Avropa çempionu və bu turnirin ikiqat gümüş müka-fatçısı olan güclü Fransa yığmasına məğlubiyyət hissini yaşadan milli komandamızın tərkibində Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.

Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Oru¬cov böyük hesablı növbəti qələbə münasibətilə idmançılarımızı təbrik edib, oyunun nəticəsindən məmnunluğunu ifadə edib və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Azərbaycan millisi sentyabrın 30-dək davam edəcək Polo üzrə Avropa Çempionatının sentyabrın 24-də keçiriləcək 3-cü turunda Slovakiya yığması ilə, sentyabrın 28-də baş tutacaq 4-cü turda isə hazırkı Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaq.

AzNews.az