Bu gün Topaz Premyer Liqasının beşinci turunun son iki oyunu keçiriləcək. Bu gün Topaz Premyer Liqasının beşinci turunun son iki oyunu keçiriləcək.

Premyer Liqada turun mərkəzi oyunu

Bu gün Topaz Premyer Liqasının beşinci turunun son iki oyunu keçiriləcək.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, beşinci turun ikinci gününün ilk oyununda “Keşlə” klubu doğma meydanda “ASK Arena”da “Sumqayıt” komandasını qəbul edəcək. Orxan Məmmədovun idarə etdiyi oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Turun mərkəzi qarşılaşması isə “Azərsun Arena”da baş tutacaq. Keçən mövsüm Topaz Premyer Liqasının çempionu “Qarabağ” və gümüş mükafatçısı “Qəbələ” üz-üzə gələcəklər. Bu komandalar arasında keçirilən son 10 oyunda üstünlük Ağdam təmsilçilərindədir. Beş dəfə “Qarabağ” klubu, üç oyunda isə “Qəbələ” klubu qələbə qazanıb. İki oyunda heç-heçə qeydə alınıb.

Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyunun hakimi Əliyar Ağayevdir.

AzNews.az