Türkiyə Superliqasında 6-cı turun oyunları davam edir. Türkiyə Superliqasında 6-cı turun oyunları davam edir.

"Qalatasaray" səfərdə darmadağın oldu - VİDEO

Türkiyə Superliqasında 6-cı turun oyunları davam edir.

AzNews.az offsideplus.az-a istinadən xəbər verir ki, son çempion “Qalatasaray” səfərdə “Akhisar Belediyyespor”un qonağı olub.
Birinci hissənin sonunda penalti vurmaq şansı qazanan Fatih Terimin komandası Rodrigezin qeyri-dəqiqliyi ilə hesabı açmaq şansını əldən verib.

İkinci yarıda rəqib qarşısında aciz qalan “Qalatasaray” qapısında 3 cavabsız qol görüb.

“Akhisar Belediyyespor” - “Qalatasaray” 3:0
Qollar: Manu, 51, Vural, 80-pen,Yumlu, 84

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 12 xalda qalan “Qalatasaray” ikinci pillədə qərarlaşıb. Mövsümdə ilk qələbəsini qazanan Akhisar təmsilçisi isə 5 xalla 14-cü yeri tutur.

AzNews.az