Yeni klub turniri yaratmağa hazırlaşan UEFA Avropa Liqasındakı iştirakçı sayında dəyişiklik edəcəyini təsdiqləyib. Yeni klub turniri yaratmağa hazırlaşan UEFA Avropa Liqasındakı iştirakçı sayında dəyişiklik edəcəyini təsdiqləyib.

Avropa Liqasında klubların sayı azaldılacaq

Yeni klub turniri yaratmağa hazırlaşan UEFA Avropa Liqasındakı iştirakçı sayında dəyişiklik edəcəyini təsdiqləyib.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Avropa Klublar Birliyinin prezidenti Andrea Anyelli məlumat verib.

“Yuventus”un da prezidenti olan Anyelli 3-cü turnirin formatı üzrə çalışdıqlarını bildirib.

Məlumata görə, yeni turnir 2021/22-ci illər mövsümündə start götürəcək. Bu yarışda 96 klubun iştirakı nəzərdə tutulub. Məhz həmin mövsümdən sonra Avropa Liqasında iştirakçı sayı 48-dən 32-yə düşəcək.

Qeyd edək ki, Çempionlar Liqasında isə klub sayı 32 qalacaq.

AzNews.az