Amerikalı tennisçi Serena Uilyams "US Open"in finalında ona gizlicə tapşırıq verdiyini deyən məşqçisi Patrik Muradoğlunu tənqid edib. Amerikalı tennisçi Serena Uilyams "US Open"in finalında ona gizlicə tapşırıq verdiyini deyən məşqçisi Patrik Muradoğlunu tənqid edib.

Məşhur idmançı məşqçisini yalan danışmaqda ittiham etdi

Amerikalı tennisçi Serena Uilyams "US Open"in finalında ona gizlicə tapşırıq verdiyini deyən məşqçisi Patrik Muradoğlunu tənqid edib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, onun öz məşqçisini yalan danışmaqda ittiham etdiyi müsahibəsi "The Project" şousunun "Twitter" mikrobloqunda dərc olunub.

İdmançının sözlərinə görə, məşqçi oyun zamanı heç vaxt ona işarə verməyib:

"Onun nə danışdığını anlamıram. Mən ondan soruşdum: heç bir işarə olmayıb. Bizim aramızda heç vaxt heç bir işarə olmayıb. O, əl-qol hərəkətləri ilə mənə nəsə göstərişlər verdiyini deyir".

Tennisçi əlavə edib ki, Muradoğlunun "US Open-2018"in finalında baş verən hadisəni təhrif etməsində heç bir məna görmür.

AzNews.az