06:33
(077) 610-22-33

Prezident istefa verib

  • >
234 1 Aprel 2013 16:34 | İdman

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) prezidenti və baş icraçı direktoru Telman Əliyev istefa verib. Açıqlamasında artıq tutduğu vəzifədən azad olunmaq üçün klubun fəxri sədri, Azərbaycan prezidenti İlham Əliyevə ərizə yazdığını deyib.

Qeyd edək ki, Telman Əliyev 10 ildən artıq Kluba göstərdiyi dəstək və diqqətə görə Azərbaycan prezidenti, CEIBC-nin fəxri sədri İlham Əliyevə minnətdarlığını bildirib.

O, həmçinin qeyd edib ki, ətraflı məlumat Klubunun növbəti iclasında elan olunacaq. Bununla yanaşı T. Əliyev klubun baş icraçı direktoru və "Caspian Energy International Media Group"un Direktorlar Şurasının sədri vəzifələrini müvəqqəti olaraq saxladığını bildirib.

AzNews.az
Bağla X