Velosipedçimiz finiş xəttinə birinci çatdı

Ölkəmizi bu yarışda təmsil edən "Synergy Baku" ilk mərhələdə qələbəyə sevinib. Belə ki, komandamızın üzvü Kristof Şvaytser məsafəni 1-ci qət edərək finiş xəttinə hamıdan tez çatıb. Artıq 4-cü dövrədən liderliyi ələ alan təmsilçimizin qələbəsi ona çətin başa gəlib.

Uzun müddət liderlər qrupunda yer alan Kristof sonradan onlardan geri də düşüb. Lakin özündə güc tapıb yenidən liderlər qrupuna qoşulan idmançımız sonda istəyinə də çataraq mərhələnin qalibi olub. "Atlas"ın üzvü Maksim Averin 2-ci, "Rabobank"lı Martin van Treyl 3-cü olub.

Bununla da, Şvaytser liderin daşıdığı mavi, ən yaxşı sprinterə verilən yaşıl formanı ələ keçirib. Ən yaxşı dağ yürüşçüsü kimi qırmızı forma isə "Efapel"in üzvü Sezar Fontenə verilib./apasport/

AzNews.az