09:39
(077) 610-22-33

20 ən güclü klub: “Barselona“ 6-cı sırada

  • >
320 1 May 2013 18:32 | İdman

ABŞ-ın məşhur idman saytı «Bleacher Report» Avropanın ən güclü 20 klubunun siyahısını açıqlayıb.



Siyahı UEFA-nın statistikaları və klubların son dövrlər qazandığı nəticələri nəzərə alınaraq hazırlanıb.

Siyahının ilk üç pilləsində Çempionlar Liqasının 4 yarımfinalçısından 3-ü yer alıb. İlk pilləni ötən dəfəki kimi "Bavariya" tutur. İki pilə irəliləyən Dortmund "Borussiya"sı ikinci olub. Çempionlar Liqasının yarımfinalında almanlara uduzan "Real" bir pillə geriləyib və "üçlüy"ü qapayıb.

Maraqlıdır ki, "Barselona" 6-cı pillədə qərarlaşıb. Kataloniya klubu ötən siyahıya nisbətən bir pillə geriləyib. 4-5-ci yerləri isə "Yuventus"la "Mançester Yunayted" tutub.

Ötən dəfə "20-liy"ə düşən "Qalatasaray" bu dəfə siyahıdan çıxıb. Əvəzində "Fənərbaxça" siyahıya daxil olaraq 20-ci olub.


1. Bavariya (Almaniya)
2. Borussiya D (Almaniya)
3. Real (İspaniya)
4. Yuventus (İtaliya)
5. Mançester Yunayted (İngiltərə)
6. Barselona (İspaniya)
7. Napoli (İtaliya)
8. PSJ (Fransa)
9. Milan (İtaliya)
10. Benfika (Portuqaliya)
11. Real Sosyedad (İspaniya)
12. Çelsi (İngiltərə)
13. Mançester Siti (İngiltərə)
14. Şaxtyor (Ukrayna)
15. Arsenal (İngiltərə)
16. Atletiko (İspaniya)
17. Portu (Portuqaliya)
18). Fiorentina (İspaniya)
19. Bayer (Almaniya)
20. Fənərbaxça (Türkiyə)
Bağla X