18:57
(077) 610-22-33

“Heç kəs “Xəzər Lənkəran”ın təmiz oyununa kölgə salmasın“

  • >
238 6 May 2013 11:43 | İdman

Xəbər verdiyimiz kimi ölkə kubokunun yarımfinalı çərçivəsində baş tutmuş "Xəzər Lənkəran" – "Bakı" matçını idarə edən hakim Elçin Məmmədov rüşvət almaqda ittiham olunur.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Qafqazinfo"ya açıqlamasında deyilənləri sadəcə olaraq "Xəzər Lənkəran"ın təmiz qələbəsinə salınan kölgə kimi qiymətləndirib: ""Xəzər Lənkəran" Bakı" görüşündən sonra belə bir məsələ ortalığa atıldı ki, guya biz hakimə rüşvət vermişik ki, qalib gələk. Allah şükür ki, oyun da canlı yayımlanırdı və hamı şahid oldu ki, "Xəzər" oyunu alnının təriylə udub. Xahiş edirəm ki, heç kəs "Xəzər Lənkəran"ın təmiz oyununa kölgə salmasın".

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə açıqlamasında məsələ ilə bağlı ətraflı açıqlama verə bilməyəcəyini söyləyib: "FİFA-nın və UEFA-nın qaydalarına əsasən biz oyundan əvvəl və ya sonra hakimlərin təyinatı, onların düzgün və ya səhv etdikləri barədə mətbuata məlumat verə bilmərik. Ona görə "Xəzər Lənkəran"-"Bakı" görüşündən sonra yaşanan hakim qalmaqalı ilə bağlı, həmçinin Elçin Məmmədovun hakimlikdən qovulması və ya qalmasına aid bir şey deyə bilmərəm Sadəcə olaraq ona diqqət yetirmənizi istərdim ki, "Xəzər Lənkəran" Bakı" və ya "Neftçi" "Qarabağ" oyunlarından sonra nə Elçin Məmmədov, nə də ki, Anar Salmanov təyinat alıblar".

AzNews.az
Bağla X