05:50
(077) 610-22-33

Berti Foqts: "Araz Abdullayevi özüm çağırmışam"

  • >
169 6 May 2013 14:36 | İdman

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi ANS PRESS-ə müsahibə verib.


Milli komandanın Lüksemburqla iyulun 7-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində oyunu var. Artıq heyət də məlum olub.

Biz 25 oyunçuyla hazırlıq görəcəyik. Lüksemburqla oyuna qədər heyyəti dəyişdirməyəcəyik. Mayın 25 -də Qətərə yola düşəcəyik. Mənə lazımdır ki, oyun təcrübəsi az olan oyunçuları sınaqdan keçirim. Kubokun finalında "Nefçti"dən iştirak edən Mahir, Araz və Rəşad, "Xəzər Lənkəran"dan isə Rahid və Elnur bizimlə Qətərə gedə bilməyəcək. İlk növbədə onu qeyd edim ki, Lüksemburqla oyunda cəza səbəbindən Vüqar Nadirov və Rauf Əliyev də iştirak edə bilməyəcək.

- Araz Abdullayevlə probleminizi həll eləmisiniz deyəsən?

- Arazla oturub söhbət etmişik. Gəncdi səhvə yol verə bilər, əsas odur ki, o səhvini başa düşüb üzr istəməyi bacarıb. Bu çox xoş haldı. Məncə belə bir oyunçuya şans vermək lazımdı. Bu nə medianın nə də digərlərinin təzyiqi ilə baş verməyib. Arazı özüm Milliyə çağırmışam. Bundan başqa Əfran və Vaqifin də hazırki forması məni qane etmir. Mən onların iştirakını bir neçə oyun izləyəcəm. Bu baxımdan mən Arazı çağırmışam ki, rəqabət artsın. Mən bilirəm ki, Lüksemburqla oyunda bir hissə oynayıb. U 21-in Makedoniya ilə oyununda iştirak üçün həmin yığmanın heyyətinə yollanacaq. Mən çox sevinirəm ki, Millidə artıq Vaqiflə Əfranın alternativi var. Arazın son üç oyununa baxmışam və onun ikisini də çıxışını bəyənmişəm.

- "İnter"dən Asif Məmmədov necə, heyətə qoşula bilərmi?

- "İnter"dən Asif Məmmədovu mən də, köməkçim Nazim Süleymanov da izləyib. Çempionat səviyyəsində güclü futbolçudu. Lakin fikrimcə beynəlxalq arenada daha sürətli futbol oynayırlar. Həmçinin onun mövqeyində bizim Vaqif, Əfran, Cihan kimi futbolçularımız var.

-Cənab Foqts, xüsusən Rauf Əlieyvin yoxluğunda millimizin hücum xətti dişsiz görünür, Cihan Özkara və Branimir Subaşiç isə praktika baxımından əziyyət çəkir.

- Hücum mövqeyinə gəlincə, mən sizinlə razıyam ki, Subaşç və Cihan uzunmüddətdir ki,oynamır. Ona görə də Qətərlə oyunu təşkil edirik. Amma Branimir təcrübəli oyunçudu. Məncə, o, təcrübəsi ilə komandaya kömək edə bilər. Sözsüz ki, biz Lüksemburqu udmaq istəyirik və bunu edə bilərik. Bunun üçün sürətli futbol və təbii ki, istək olmalıdı. Bu işdə Branimirin təcrübəsi bizə kömək ola bilər. Mən onu Qətərdə bir daha sınaqdan keçirəcəm.

- Hamı Lüksemburq üzərində qələbə gözləyir. Məğlub olsanız vəziyyət qəlizləşir. Belə olsa istefa verəcəksiniz?

- Mənim müqaviləm var və onun sonuna qədər işləmək istəyirəm. Amma AFFA rəhbərliyi başqa fikirdə olsa, bunu hiss eləsəm, gedərəm. Mən komandama güvənirəm. Lüksemburq Şimali İrlandiya ilə səfərdə heç-heçə oynayıb. Səfər matçlarında müdafiə meyilli və sıx oynayır. Amma biz düzgün hazırlıq keçsək və orta xətlə yox cinahları işlətsək, Lüksemburqu məğlub edə bilərik.


- "Atletiko Madrid" Bakıya gəldi, amma siz Millinin oyunçularının bu kluba qarşı oynamasına niyə razılıq vermədiniz?

- Şəxsən mənə sual verilməyib ki, milli komanda "Atletiko Madrid"lə oynasın. Kim deyir ki mən buraxmamışam?

- Bakı klubunun rəhbərliyi belə deyir. Siz demisiniz ki, mən məsləhət görmürəm.

- Yenə deyirəm, mənə belə təklif olunmayıb. Heç baş katib və AFFA prezidentinə də deyilməyib. Mən Bakıya gələndə eşitmişəm ki, "Atletiko" bura gəlir. Mənə elə gəlir ki, bu, sırf "Atletiko" və "Bakı" arasında olan müqavilədi. Yenə deyirəm, mənə bu barədə heç bir təklif olunmayıb. Mən yalnız demişəm ki, inanmıram "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran" kimi klublar çempionatın sonunda belə bir qızğın vaxtda oyunçularını buraxsın.

AzNews.az
Bağla X