AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirildi

AzNews.az affa.az saytına istinadən xəbər verir ki, İclasda "Simurq" PFK və "Xəzər Lənkəran" FK-nın müraciətlərinə baxılıb. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. AFFA-nın İntizam Komitəsinin "Simurq" PFK-nın baş məşqçisi Georgi Çixradze barədə çıxardığı 30.04.2013-cü il tarixli qərarı barədə etdiyi müraciəti baxılmamış saxlanılsın.

2. AFFA-nın İntizam Komitəsinin "Xəzər Lənkəran" FK barədə çıxardığı qərarı (Azərbaycan Kubokunun "Xəzər Lənkəran"- "Bakı" oyununda azarkeşlərin meydançaya daxil olmaları ilə bağlı cərimə) qüvvədə saxlanılsın.