16:06
(077) 610-22-33

“Neftçi“ cərimələndi

  • >
243 10 May 2013 21:03 | İdman

FIFA İntizam Komitəsinin növbəti iclası keçirilib



AzNews.az qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda bir sıra qərarlar qəbul olunub. Belə ki, mayın 9-da Premyer Liqanın XXX turunun "Bakı" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Neftçi" - "Simurq" matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub. Polis briqadası oyunqabağı iclasda iştirak etmədiyi və matça gecikdiyi üçün meydan sahibi klub 2000 manat cərimə olunub.

Bundan başqa, "Neftçi" klubu azarkeşləri tərəfindən stadionun bir neçə inventarı sındırıldığı üçün "Bakcell Arena" stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq kluba təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.

Premyer Liqasının XXX turunun "İnter" - "Qarabağ" oyunun 1-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

AzNews.az
Bağla X