09:33
(077) 610-22-33

“Mən onlara göstərəcəm lotuluq necə olur?”- Mübariz Mənsimov

  • >
189 29 May 2013 10:08 | İdman

“Ağ-yaşıllar”ın fəxri prezidenti futbolçulara təşəkkür edib



"Böyük Final"da məğlub olan "Xəzər Lənkəran" futbolçularına ən böyük dəstək klubun fəxri prezidenti Mübariz Mənsimovdan gəlib."Qafqazinfo"nun korner.az saytına istinadən xəbərinə görə, prinsipial qarşılaşmada "Neftçi"yə penaltilərdə yenilən "ağ-yaşıllar"ın fəxri prezidenti Mübariz Mənsimov klubun paltardəyişmə otağına gələrək gözəl oyuna görə futbolçuları təbrik edib.

Bunun ardından Mübariz Mənsimov futbolçulara "Mən onlara göstərəcəm lotuluq necə olur?" deyib.

Xatırladaq ki, Azərbaycan kubokunu dünən "Neftçi" qazansa da, oyundan sonrakı qalmaqal, "Neftçi" rəsmilərinin "Xəzər Lənkəran" futbolçularını döyməsi hələ çox müzakirələrə səbəb olunacağı görünür. (qafqazinfo.az)

AzNews.az
Bağla X