II Qəbələ kubokunun növbəti oyunları keçirildi

II Qəbələ kubokunun növbəti oyunları keçirilib.

AzNews.az apasport.az-a istinadən xəbər verir ki, 15 yaşadək futbolçular arasında təşkil olunan beynəlxalq turnirdə 8 klub mübarizə aparır.

İkinci matç günündə A qrupunda mübarizə aparan "Qəbələ" yarımfinalda iştirakını rəsmiləşdirmək üçün "Barselona" ilə həlledici oyuna çıxıb. Bu görüşdə təmsilçimiz növbəti mərhələyə keçmək üçün rəqibinə mütləq qalib gəlməli idi. Ancaq komandamız böyük hesablı məğlubiyyətə üzülüb. "Şaxtyor" "Beşiktaş"ın üzərində qələbə qazanmaqla, qrupda mübarizəni 2-ci yerdə bitirib. Bununla da 3-cü olan qəbələləlilər B qrupunda 4-cüsu "Bakı" ilə qarşılaşıb.

5-8-ci yer uğrunda mübarizədə təmsilçilərimiz matçın əsas vaxtına qədər hesabı aça bilməyiblər. Əlavə dəqiqələrdə də qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. Burada isə "Qəbələ" futbolçuları daha yaxşı oynayaraq növbəti mərhələyə keçib.

"Qırmızı-qaralar"ın rəqibi isə "Beşiktaş" – "Zenit" cütünün qalibi olub. Bu görüşdən İstanbul klubu üzü ağ çıxmağı bacarıb.

Finalda isə "Porto" ilə "Feyenoord" qarşılaşacaq. Yarımfinalda portuqaliyalılar "Barselona"nı, Hollandiya təmsilçisi isə "Şaxtyor" məğlub edib.

II tur
30 may

A qrupu
"Qəbələ" (Azərbaycan) – "Barselona" (İspaniya) - 0:3
"Beşiktaş" (Türkiyə) - "Şaxtyor" (Ukrayna) - 0:2

B qrupu
"Porto" (Portuqaliya) – "Zenit" (Rusiya) - 1:2
"Feyenoord" (Hollandiya) - "Bakı" (Azərbaycan) - 2:0

AzNews.az