06:57
(077) 610-22-33

“Xəzər Lənkəran” Arşavinlə bağlı xəbəri təkzib etdi

  • >
225 31 May 2013 14:14 | İdman

"Xəzər Lənkəran" klubu tanınmış rus futbolçu Andrey Arşavinlə maraqlanmır.

Bu barədə cənubluların mətbuat katibi Hüseyn Cəbrayıloğlu Modern.az-a açıqlama verib. Klub sözçüsü bildirib ki, baş məşqçi Con Toşak ulduz futbolçularla işləməkdə maraqlı deyil:

"Toşaka komandaya xeyir verən oyunçu lazımdır. Bu xəbər dezinformasiyadır. İngiltərə mətbuatı artıq ikinci dəfədir ki, belə xəbər yayır".

Qeyd edək ki, bu gün ölkə mətbuatında rusiyalı Andrey Arşavinin "Xəzər Lənkəran"a transfer olunacağı ilə bağlı məlumat yayılıb. Məlumatda futbolçuya illik 20 milyon funt sterlinq dəyərində müqavilə təklif olunduğu deyilirdi.

AzNews.az
Bağla X