Aleks yenidən “Fənərbağça”da?

"Fənərbağça" klubunun əfsanəvi futbolçusu Aleks yenidən gündəmdədir.

Ötən mövsüm Aykut Kocamanla yaşadığı problemlərdən sonra klubdan uzaqlaşdırılan Aleks Kocamanın "Fənərbağça"dan göndərilməsiylə yenidən diqqət mərkəzinə düşdü.

Twitterdə ona ünvanlanan sualları cavablandıran eks fənərli komandaya geri dönmə ehtimalının üzərindən xətt çəkib.

O, indi yalnız azarkeş olduğunu bildirərək əlavə edib ki, bu haqda ümumiyyətlə düşünmür. Braziliyalı Ərsun Yanal barədə ona verilən suala da qısa və ironik cavab verib: "Mən bilmirəm, Əziz başçı bilər".

Elvin
AzNews.az