Foqts cinah hücumlarına üstünlük verəcəyini açıqladı - FOTO

Bu gün "Sheraton Baku Airport Hotel"də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib. B.Foqtsun fikirlərini diqqətinizə çatdırırıq:

"Bir neçə gündür məşq edirik. Hazırlıqdan razıyam. Şadam ki, Qətər yığması ilə oynamaq imkanımız oldu və bizi dəvət etdiklərinə görə onlara minnətdaram. Çempionat bir neçə həftə əvvəl başa çatdığından və futbolçular məşq etmədiyindən, bu yoldaşlıq görüşü bizim üçün vacib idi.
Zədəli futbolçularımız var. Onların oyuna qədər tam formaya düşüb-düşməyəcəyini bilmirik.

Bəzi futbolçulardan Lüksemburqdakı oyunda razı qalmamışdım. İnanıram ki, onlar Bakıdakı oyunda "borc"larını qaytaracaqlar. Hər bir futbolçumuz əlindən gələni əsirgəməsə, qalib gələcəyik. Sözsüz ki, qələbəni qazanmaq lazımdır. Bizə qələbəni heç kim, o cümlədən Lüksemburq yığması hədiyyə etməyəcək.

Hücumlarımızı cinahlardan qurmalıyıq. Buna mərkəzdən cəhd etsək, onlara qol vurmaq çətin olacaq. Hələ qarşıda iki məşqimiz qalıb, standart vəziyyətlər üzərində də çox işləyirik. İyunun 7-də qalib gəlmək haqda düşünürük".

Elvin CanTuran
AzNews.az
image description image description image description image description