Azərbaycan-Lüksemburq matçına 8500 bilet satılıb

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Lüksemburq matçına bilet satışı davam edir. "Azerisport"un verdiyi xəbərə görə, artıq bu görüşə 8500 bilet satılıb.

Lakin oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil. Qeyd edək ki, oyunun keçiriləcəyi "Bakcell Arena" 12 000 azarkeş tutur.

Xatırladaq ki, qarşılaşma saat 21:00-da başlayacaq.

AzNews.az