Elnur Məmmədlidən geriyə 6 addım

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Aznews.az qurumun rəsmi saytına istinadla cüdoçularımızın mövqeyini sizə təqdim edir.

66 kq çəki dərəcəsindəki cüdoçumuz Şıxəlizadə Nicat 770 xalla 8-ci sıradadır.

73 kq - Orucov Rüstəm 736 xalla 11-ci pillədədir.

Bu çəkidəki digər təmsilçimiz Rəhimli Hüseyn 244 xalla 41-cidir.

81 kq - Safquliyev Tural 452 xalla 24-cü sırada yer alıb.

Bu çəki dərəcəsində mübarizə aparan olimpia çempionumuz Elnur Məmmədli isə 38-ci sıradadır. Onun aktivində 272 xal var.

Digər cüdoçularımız da ilk onluqdan kənar qalıb.

Elvin CanTuran
AzNews.az