Kanalesin “Xəzər Lənkəran“a keçidi mümkündürmü? - Audio



"Kanales yaxın iki ildə "Neftçi"dən başqa hansısa Azərbaycan klubunda çıxış edə bilməz"

Bəzi mətbu orqanlarda "Xəzər Lənkəran" klubunun Kanaleslə maraqlandığı və hətta klub rəsmilərinin futbolçunun meneceriylə danışıqlar apardığı barədə xəbərlər yayılıb. Antenn FM-də yayımlanan "Axşam İdmanı" verilişində bu məsələni aydınlaşdırmaq üçün "Neftçi" futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxlanılıb. Gündüz bu barədə məlumatlı olmadığını, Kanalesi "Neftçi"də saxlamaq üçün cəhd etdiklərini bildirib. O, həmçinin əlavə edib ki, Kanales yaxın iki ildə "Neftçi"dən başqa hansısa Azərbaycan klubunda çıxış edə bilməz. Bu, futbolçu ilə imzalanmış müqavilədə xüsusi bəndlə nəzərdə tutulub.