“Xəzər Lənkəran“ın sabiq legioneri qalib gəldi

"Xəzər Lənkəran"ın daha bir sabiq legioneri təzminat davasında qalib gəlib.

"Apasport"un məlumatına görə, moldovalı yarımmüdafiəçi Denis Kalinkov vətənində oynadığı "Daçiya"dan 110 min dollar alacaq. Bununla əlaqədar Moldova Futbol Federasiyasının İntizam Komitəsi qərar çıxarıb. Ötən mövsümdə 1 dəqiqə olsun meydana çıxmayan 27 yaşlı futbolçu "Daçiya"da olduğu müddətdə ilk gündən məvacib almadığını bildirib: "Bu klub futbolçu karyeramı çətinləşdirmək üçün hər şey etdi. Buna görə də futbol federasiyasına müraciət etməyi qərara aldım. Komandada bütün futbolçularda belədir. Kimdəsə borc yarım il, kimdəsə azdır. Son 1 ili oynamamağım maaşlarda yığılan borcla əlaqədar idi. Klub məni nə əsas komandada, nə də əvəzedici heyətdə oynamamaq üçün sifariş etmədi. Əlbəttə, müqaviləmi pozmağa cəhd etdim. Ancaq klub transferimə görə məbləğ təyin etdi ki, bunu ya mən, ya da digər klub ödəməli idi. İyunun 1-də müqaviləm bitdiyimdən, artıq "Daçiya"nın futbolçusu deyiləm. İndi yeni iş yeri axtarıram. Bir variant var, ancaq hələ bir şey deyə bilmərəm".

Denis 2009/10 mövsümündə "Xəzər Lənkəran"ın heyətində oynayıb.

Qeyd edək ki, bunadək cənub klubunun qvineyalı sabiq yarımmüdafiəçisi İbrahim Banqura "Dənizslipor"dan FİFA-ya şikayət etməyi nəticəsində 300 min dollar təzminat almışdı.

AzNews.az