02:20
(077) 610-22-33

Kanada səfirliyi idmançılarımıza niyə viza vermədi?- Səbəb

  • >
607 22 İyun 2013 11:10 | İdman

Kanada Xarici İşlər Nazirliyinin bütün dünya üzrə konsul xidməti əməkdaşlarının iyunun 11-dən başladığı etiraz aksiyaları xarici ölkə vətəndaşlarına viza verilməsində problemlər yaradıb.

Lent. az-ın məlumatına görə, viza almaqda çətinlik çəkənlər arasında Azərbaycanın kayak və kanoe üzrə milli komandası da var.

2014-cü ildə Çinin Nanjinq şəhərində təşkil olunacaq Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı məhz Kanadanın Velland şəhərində keçiriləcək. Avqustun 1-də start götürəcək çempionat yeganə lisenziya turniri sayılır. Kanadanın Bakıda səfirliyi olmadığından, Azərbaycan nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankaradakı diplomatik nümayəndəliyə təqdim etdiyi sənədlər iki dəfə geri qaytarılıb. Vizanın verilməməsinə səbəb kimi dünya çempionatının əhəmiyyətli yarış olmaması göstərilib.

Amma əsl səbəb məhz Kanadanın konsul xidməti əməkdaşlarının maaşlarının qaldırılması tələbi ilə etirazlara başlamasıdır. Təsadüfi deyil ki, təkcə Azərbaycan deyil, Rusiya vətəndaşları da viza ala bilmirlər.

Kanadanın Vətəndaşlıq və İmmiqrasiya Xidməti isə yaranmış problemlə bağlı elan verib. Elanda bildirilir ki, Kanadaya viza almaq üçün ərizə verənlər ləngimələri gözləməli və mümkün qədər tez ərizə verməlidirlər. Vizanın alınması zamanı təxirəsalınmaz müraciətlərə üstünlük veriləcəyi də vurğulanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə Lent. az-a açıqlamasında bildirib ki, Azərbaycan nümayəndə heyətinin viza probleminin həlli məqsədilə hazırda həm Kanadadakı səfirliyimizlə, həm də Kanadanın Ankaradakı səfirliyi ilə danışıqlar aparılır.

AzNews.az
Bağla X