- Köhnə - İdman
- 28 İyun 2013 18:40
- 1 946
Boksçularımız Qazaxıstandan 6 medalla döndülər
AzNews.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışda milli komandamız məşqçilər Elbrus Rzayev və Hüseyn Bağırovun rəhbərliyi altında çıxış edib. Qazaxıstana yollanan 10 boksçumuzdan altısı Vətənə medalla dönüb.
57 kq çəki dərəcəsində mübarizə aparan Cavid İsgəndərzadə bütün döyüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ümüd Rüstəmov (50 kq) və Mirağa İsmayılov (60 kq) yalnız finalda uduzaraq 2-ci yerə layiq görülüblər. Elşən Məmmədov (52 kq), Malik Həsənov (46 kq) və Cavidan Verdizadə isə (54 kq) 3-cü yerlə kifayətləniblər.
AzNews.az