İtaliya bürünc medalı qazandı - Video

Bu gecə FİFA Konfederasiyalar kubokuna yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, artıq üçüncü yerin sahibi məlum olub.

Bürünc medallar uğrunda görüşdə Uruqvay və İtaliya yığmaları üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun əsas vaxtı 2:2 hesabı ilə bitib. Əlavə vaxtda da hesab dəyişmədiyindən oyun penaltilər seriyasına gedib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən İtaliya millisi 3:2 hesabı ilə qalib gələrək bürünc medalın sahibi olub.



AzNews.az